Qəbələdə yol qəzası baş verib, ölən var

Hadisə
  • 30 avqust, 2018
  • 08:32
Qəbələdə yol qəzası baş verib, ölən var

Bakı. 30 avqust. REPORT.AZ/ Qəbələ rayonunda yol qəzası baş verib.  

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Əmili kəndi ərazisində qeydə alınıb. 

Belə ki, avqustun 29-u saat 21 radələrində rayonun Mollaşıxalı kənd sakini Samir Abdullayev “VAZ-2107” markalı avtomobili idarə edərkən onu yolun kənarındakı maneəyə vurub, həmin istiqamətdə hərəkətdə olan Kiçik Əmili kənd sakini Habil Mirzəyev hadisədən yayınarkən idarə etdiyi “QAZ-5312” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpıb. Nəticədə S.Abdullayev hadisə yerində ölüb.

Qəbələ rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

44 filmi