Qəbələdə yaşı 100-dən çox olan seçicilər səs verib - VİDEO - YENİLƏNİB

Hadisə
  • 23 dekabr, 2019
  • 11:51
Qəbələdə yaşı 100-dən çox olan seçicilər səs verib - VİDEO - YENİLƏNİB

Qəbələ rayonunda yaşı 100-dən çox olan daha bir seçici səs verib. 

"Report"un yerli bürosu xəbər verir ki, seçki məntəqəsində yaşlı, xəstə və əlilliyi olan şəxslər üçün ayrılmış səyyar qutu rayonun Bum qəsəbəsinin sakini, 1917-ci il təvəllüdlü Gühər Səfər qızı Babayevanın yaşadığı ünvana gətirilib. Yaşı 100-dən çox olan qadın seçici səsvermə hüququndan istifadə edib. 


*** 12:41

Qəbələ rayonunda yaşı 100-dən çox olan seçicinin səs verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə 61 məntəqədə, ümumilikdə, 47 107 seçici var. Onlardan ikisinin yaşı 100-dən çox olan seçici, 1143-ü isə ilk dəfə səsvermə hüququ qazanan gənclərdir. Seçki dairəsi üzrə 7 məntəqədə veb-kamera, 12 pandus quraşdırılıb. Bələdiyyə seçkilərini 769 müşahidəçi izləyir.

Seçki dairəsinin 42 saylı seçki məntəqəsində yaşlı, xəstə və əlilliyi olan şəxslər üçün ayrılmış səyyar qutu Qəbələ rayonunun Mirzəbəyli kənd sakini, 1918-ci il təvəllüdlü Zərifə Məmmədhüseyn qızı Əlimirzəyevanın yaşadığı ünvana gətirilib. 

Qəbələdə yaşı 100-dən çox olan seçicilər səs verib - VİDEO - YENİLƏNİB

Son xəbərlər

Bütün Xəbər Lenti