Qəbələdə orta yaşlı kişini ilan sançıb

Qəbələdə orta yaşlı kişini ilan sançıb Hadisə şəhərin Quşlar kəndində baş verib
Hadisə
1204
1 Aprel , 2018 00:30
Qəbələdə orta yaşlı kişini ilan sançıb

Qəbələ. 1 aprel. REPORT.AZ/ Qəbələ rayonunda ilansancma hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, şəhərin Quşlar kəndində 1985-ci il təvəllüdlü yerli sakin Zülfüqar Lətifovu həyətyanı sahədə ilan sancıb.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi