Qəbələdə minik avtomobili avtobusla toqquşub, ölən var

Qəbələdə minik avtomobili avtobusla toqquşub, ölən var Qəbələ rayonunda 21 yaşlı gənc qəza zamanı ölüb.
Hadisə
356
15 Yanvar , 2022 21:18
Qəbələdə minik avtomobili avtobusla toqquşub, ölən var

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Seyidlər adlanan yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, rayonun Cığatelli kənd sakini 2000-ci il təvəllüdlü Səfər Sərvan oğlu Şərifov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Ağır bədən xəsarətləri alan 21 yaşlı S.Şərifov Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Xəsarətləri ağır olan gənc oğlan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi