Qəbələdə avtomobil məktəblini vurub

Qəbələdə avtomobil məktəblini vurub Şagird Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Hadisə
8 Aprel , 2021 20:29
Qəbələdə avtomobil məktəblini vurub
0 : 00
0 : 00

Qəbələ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən məktəblini vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şagird Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi