Qəbələdə avtomobil çaya aşdı, xəsarət alan var

Qəbələdə avtomobil çaya aşdı, xəsarət alan var Qəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
4 Aprel , 2021 19:57
Qəbələdə avtomobil çaya aşdı, xəsarət alan var

Qəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Sürücü Elnur İsgəndərovun sükanı arxasında olduğu "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə yol kənarındakı beton maneəyə çırpılıb, sonra isə Dəmiraparan çayına düşüb. E. İsgəndərov qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. O, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi