Qəbələdə "VAZ-21-07" markalı avtomobil qəzaya uğrayıb.
"Report" xəbər verir ki, avtomobil ağaca çırpılıb. Hadisə zamanı sürücü və sərnisin ağır xəsarət alıblar.
Yaralılar əvvəlcə rayon xəstəxanasına yerləşdirilib. Daha sonra onlardan biri - 36 yaşlı Rahib Yusifov Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı və bədənin digər yerlərin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.
Ramin Şahbazov