Qəbələdə avtobusla mikroavtobus toqquşub, Küveyt vətəndaşı xəsarət alıb 

Qəbələdə avtobusla mikroavtobus toqquşub, Küveyt vətəndaşı xəsarət alıb  Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
25 fevral 2024 11:03
Qəbələdə avtobusla mikroavtobus toqquşub, Küveyt vətəndaşı xəsarət alıb 

Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus digər bir avtobusla toqquşub. Nəticədə "Mercedes Vito" da olan Küveyt vətəndaşı, 1983-cü il təvəllüdlü Farah Alrefaei müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzaya səbəb yolun buzlu olmasıdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi