Bakı. 24 sentyabr. REPORT.AZ/ Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbərinə görə, bu barədə D
Belə ki, Oğuz rayon sakini Rüfət Babayevin idarə etdiyi “Hyundai” markalı avtobus və Siyəzən rayon sakini Ceyhun Həmidovun idarə etdiyi “UAZ” markalı avtomobil toqquşub. Nəticədə C.Həmidovun sərnişinlərindən Qəbələ rayon sakini Elmir Maqsudov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə R.Babayev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.