Qəbələdə ağır qəza, qadının qabırğaları sındı

Qəbələdə ağır qəza, qadının qabırğaları sındı Qəbələdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 İyul , 2020 23:19
Qəbələdə ağır qəza, qadının qabırğaları sındı

Qəbələdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Mərdanova Zəminə Tahir qızı bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qabırğaların çoxsaylı sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi