Qəbələ sakinindən ov tüfəngi götürülüb

Hadisə
  • 08 oktyabr, 2019
  • 08:16
Qəbələ sakinindən ov tüfəngi götürülüb

Qəbələ sakinində sənədsiz ov tüfəngi aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mıxlıqovaq kənd sakini S.Abdulhüseynovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi