Türkiyə vətəndaşı Azərbaycandan Qazaxıstana ekstradisiya olunub

Türkiyə vətəndaşı Azərbaycandan Qazaxıstana ekstradisiya olunub Qazaxıstanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir
Hadisə
16 Fevral , 2024 17:19
Türkiyə vətəndaşı Azərbaycandan Qazaxıstana ekstradisiya olunub

Türkiyə vətəndaşı Fatih Akdağ Azərbaycandan Qazaxıstana ekstradisiya olunub.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilən, Türkiyə vətəndaşı, F.Akdağın verilməsinə dair Qazaxıstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

F.Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.

Son xəbərlər

Orphus sistemi