Qazaxıstan FHN: Aktau yaxınlığında təyyarə qəzasından 29 nəfər sağ çıxıb, 4 nəfərin meyiti tapılıb - YENİLƏNİB

Qazaxıstan FHN: Aktau yaxınlığında təyyarə qəzasından 29 nəfər sağ çıxıb, 4 nəfərin meyiti tapılıb - YENİLƏNİB Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə
25 Dekabr , 2024 13:35
Qazaxıstan FHN: Aktau yaxınlığında təyyarə qəzasından 29 nəfər sağ çıxıb, 4 nəfərin meyiti tapılıb - YENİLƏNİB

Aktauda təyyarə qəzasından sağ çıxan 29 nəfər xəstəxanaya aparılıb.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in Operativ Qərargahı məlumat yayıb

12:49

Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan operativ xidmətləri məlumat yayıb.

Manqistau vilayətinin Səhiyyə İdarəsindən bildirilib ki, xəsarət alanlara vilayət xəstəxanalarında lazımi tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib.

Bu gün Astanadan Aktauya cərrah və travmatoloqlardan ibarət mütəxəssis briqadası ilə sanitar aviasiya təyyarəsi uçur.

Manqistau vilayətinin Səhiyyə İdarəsindən “Kazinform”a bildirilib ki, hadisə yerində 4 nəfərin cəsədi aşkar edilib.

12:06

Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.

Qazaxıstan FHN məlumatı “Report”un Qazaxıstan bürosuna təsdiqləyib.

Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub.

"Yaralılar haqqında məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22 nəfər xəstəxanaya yerləşdirilib", - qurum bildirir.

Ümumilikdə dispetçer xidməti, qeyri-dövlət yanğınsöndürmə xidməti və polis departamentinin 150 nəfər şəxsi heyəti və 45 texnikası cəlb edilib.

Sərnişinlərin siyahısı dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi