Qazaxda yük maşını aşıb, xəsarət alan var - VİDEO
Hadisə
- 23 noyabr, 2016
- 16:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazax. 23 noyabr. REPORT.AZ/ Qazax rayonunda yük maşını aşıb.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonundan keçən hissəsində, "Su-15" dairəsi adlanan ərazidə qeydə alınıb.
Belə ki, qum daşıyan "MAN" markalı yük maşın Gürcüstan istiqamətində hərəkətdə olarkən yol kənarındakı maneəyə çırpılaraq aşıb. Yük yola və yaxınlıqdakı avtomobillərin üzərinə tökülərək maşınlara ziyan vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yük maşının sürücüsü Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisənin baş verdiyi ərazidə yol 1 saat bağlanıb..
Faktla bağlı araşdırma aparılır.
Qazaxda yük maşını aşıb, xəsarət alan var - VİDEO
Son xəbərlər
08:32
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:29
SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
Region
08:21
Belqrad-Moskva reysi yoxlanılmamış yük səbəbindən təxirə salınıb – Yenilənib
Digər ölkələr
08:14
Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
İnfrastruktur
07:56
NYT: Demokratların ABŞ Senatına nəzarət etmə ehtimalı 95 %-dir – Yenilənir-2
Digər ölkələr
07:41
"Yonhap": KXDR Yapon dənizinə naməlum mərmi atıb
Digər ölkələr
07:19
Haiti Salvadorla birlikdə silahlı dəstələrə qarşı genişmiqyaslı əməliyyata başlayıb
Digər ölkələr
06:53
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
Digər ölkələr
06:25
"Politico": AK Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı "ehtiyatlı" plan hazırlayır
Digər ölkələr