Qazaxda yol qəzası oldu, xəsarət alanlar var

Hadisə
  • 02 may, 2020
  • 17:31
Qazaxda yol qəzası oldu, xəsarət alanlar var

Qazax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xanlıqlar kəndində qeydə alınıb.

Qəza zamanı 2 nəfər - Şahmar Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar. Ş.Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları araşdırılır.