Qazaxda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb - YENİLƏNİB - 2

Qazaxda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb - YENİLƏNİB - 2 Qazax rayonunda 3 avtomobilin iştirakı ilə baş verən avtomobil qəzası zamanı xəsarət alanlardan biri yerləşdirildiyi xəstəxanada ölüb.
Hadisə
21 Mart , 2020 15:41
Qazaxda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb - YENİLƏNİB - 2

Qazax rayonunda 3 avtomobilin iştirakı ilə baş verən avtomobil qəzası zamanı xəsarət alanlardan biri yerləşdirildiyi xəstəxanada ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yaralılardan biri, 30 yaşlı Qorxmaz Biləndər oğlu Murğuzovun həyatını xilas etmək mümkün olmayıb.

O, bu gün yerləşdirildiyi xəstəxanada ölüb.

Qeyd edək ki, Qazax rayonunun Çaylı kənd yolunda 3 avtomobilin iştirakı ilə başvermiş avtomobil qəzası zamanı, 29 yaşlı Vüqar Etibar oğlu Bənnaye, 31 yaşlı Afiq Qərib oğlu Carcıyev, 30 yaşlı İkram İsfəndiyar oğlu Qocayev və 10 yaşlı Təranə Rza qızı Məmmədova da xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


*** 20 mart, 23:01

Qazax rayonunda baş vermiş avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti dəqiqləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Çaylı kəndində 3 avtomobilin toqquşması nəticəsində 29 yaşlı Vüqar Etibar oğlu Bənnayev, 31 yaşlı Afiq Qərib oğlu Carcıyev, 30 yaşlı Qorxmaz Biləndər oğlu Murğuzov, 30 yaşlı İkram İsfəndiyar oğlu Qocayev və 10 yaşlı Təranə Rza qızı Məmmədova xəsarət alıblar.

Qəzanın başvermə səbəbləri araşdırılır.


***22:18

Qazax rayonunda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.

Üç avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi