Qazaxda torpaq uçqunu baş verib, ölən və yaralanan var - YENİLƏNİB

Qazaxda torpaq uçqunu baş verib, ölən və yaralanan var - YENİLƏNİB Qazax rayonunda torpaq uçqunu nəticəsində ölən və yaralanan şəxsin adı məlu olub.
Hadisə
13 Sentyabr , 2019 20:10
Qazaxda torpaq uçqunu baş verib, ölən və yaralanan var - YENİLƏNİB

Qazax rayonunda torpaq uçqunu nəticəsində ölən və yaralanan şəxsin adı məlu olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı Qazax rayonunun Çaylı kənd sakini, 1983-cü il təvəllüdlü Qocalı Gündüz Məşədi oğlu torpaq uçqununun altında qalaraq ölüb. Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə xəsarət alıb. Yaralı Qazax rayon Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 15:49

Qazax rayonunda torpaq uçqunu baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qarapapaq kəndində qeydə alınıb. 

Belə ki, kanalizasiya sisteminin yenilənməsi işləri aparılarkən torpaq uçqunu olub. hadisə zamanı ölən və yaralananın olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.  

Son xəbərlər

Orphus sistemi