Qazaxda qaldırıcı kranın aşması nəticəsində sürücü xəsarət alıb

Hadisə
  • 01 sentyabr, 2018
  • 18:59
Qazaxda qaldırıcı kranın aşması nəticəsində sürücü xəsarət alıb

Qazax. 1 sentyabr. REPORT.AZ/ Qazax rayonunda qaldırıcı kran idarəetmədən çıxaraq aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Daş Salahlı kəndindəki zavodların birində baş verən hadisə nəticəsində sürücü Şahvələdov Alı Ərəb oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti