Qazaxda qadın intihara cəhd etdi

Hadisə
  • 29 fevral, 2020
  • 17:40
Qazaxda qadın intihara cəhd etdi

Qazax rayonunda qadın sirkə turşusu içərək özünü zəhərləyib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Birinci Şıxlı kəndində baş verib.

Kənd sakini (adı və soyadı dəqiqləşdirilir-red) hələlik bilinməyən səbəbdən sirkə turşusu içib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Hazırda qadının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.