Qazaxda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb - YENİLƏNİB

Qazaxda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb - YENİLƏNİB Qazax. 7 mart. REPORT.AZ/ Qazax rayonunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.
Hadisə
7 Mart , 2018 11:57
Qazaxda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb - YENİLƏNİB

Qazax. 7 mart. REPORT.AZ/ Qazax rayonunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1962-ci il təvəllüdlü Mustafayev Bilal Maqsud oğlu idarə etdiyi "QAZ-3110" markalı avtomobillə yolu keçmək istəyən Ə.Musayevi vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib. 

Sürücü B.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


***8:47

Qazax. 7 mart. REPORT.AZ/ Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində baş verib. 

Belə ki, "QAZ-3110" markalı avtomobil yolu keçmək istəyən Əmir Məhəmməd oğlu Musayevi vuraraq öldürüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 


Son xəbərlər

Orphus sistemi