Qazaxda orta yaşlı piyadanı avtomobil vurub

Qazaxda orta yaşlı piyadanı avtomobil vurub Qazax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
12 Fevral , 2022 18:02
Qazaxda orta yaşlı piyadanı avtomobil vurub

Qazax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində olan bankların birinin qarşısında qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən Qazax rayon sakini, 1953-cü il təvəllüdlü O.Qarayevi "Mercedes" markalı avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi