Qazax. 26 avqust. REPORT.AZ/ Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Gürməzli kəndində baş verib.
Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza zamanı xəsarət almış Qazax rayon sakini, 1952-ci il təvəllüdlü Əliyeva Sədaqət İbrahim qızının vəziyyəti ağır olduğu bildirilir. Hadisə zamanı habelə 1967-ci il təvəllüdlü Təhsin Həsənov, 1994-cü il təvəllüdlü Kənan Məmmədov, 1970-ci il təvəllüdlü Zülfüqar Əhmədov orta-ağır və daha bir nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***18:57
Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Gürməzli kəndində baş verib.
Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində ilkin məlumata görə, azı üç nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım maşınları cəlb olunub və yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.