Qazaxda minik avtomobili mikroavtobusla toqquşdu, xəsarət alan var

Hadisə
  • 04 mart, 2020
  • 17:09
Qazaxda minik avtomobili mikroavtobusla toqquşdu, xəsarət alan var

Qazax şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Mercedes" markalı avtomobillə mikroavtobusun toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Vüsalə Bayramova xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

44 filmi