Qazaxda maşın ağaca çırpılıb, ölən və xəsarət alan var -YENİLƏNİB

Qazaxda maşın ağaca çırpılıb, ölən və xəsarət alan var -YENİLƏNİB Qazax. 6 fevral. REPORT.AZ/ Qazax şəhəri Heydə Əliyev prospektində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxsin adları məlum olub.
Hadisə
6 Fevral , 2019 02:46
Qazaxda maşın ağaca çırpılıb, ölən və xəsarət alan var -YENİLƏNİB

Qazax. 6 fevral. REPORT.AZ/ Qazax şəhəri Heydə Əliyev prospektində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxsin adları məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı 1997-ci il təvəllüdlü Məmmədov Elmir Arif oğlu ölüb, onun həmyaşıdı Hüseynov Roman Kamran oğlu isə ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 00:12

Qazax. 6 fevral. REPORT.AZ/ Qazax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21011" markalı avtomobilin ağaca çırpılması nəticəsində, nəqliyyat vasitəsində olan iki nəfər ağır bədən xəsarətləri alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə yerləşdirilib. 

Daha əvvəl Qazax rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi