Qazaxda kütləvi zəhərlənmə olub - YENİLƏNİB

Hadisə
  • 28 noyabr, 2018
  • 05:54
Qazaxda kütləvi zəhərlənmə olub - YENİLƏNİB

Qazax. 28 noyabr. REPORT.AZ/ Qazax rayonunda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər veri ki, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Vusal Faiq oğlu Xudiyev və 1957-ci il təvəllüdlü Almaz Həmid qızı Yusifova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 

Xəstəxanadan verilən məlumata görə, zəhərlənən şəxslərin vəziyyəti orta-ağır olaraq qalır. 


*** 08:19

Qazax. 28 noyabr. REPORT.AZ/ Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.