Qazaxda iki top mərmisi tapılıb

Hadisə
  • 19 yanvar, 2018
  • 11:09
Qazaxda iki top mərmisi tapılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Qazax rayonunda iki top mərmisi tapılıb. 

Bu barədə "Report"a Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 

Bildirilib ki, bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu, Alpout kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunan ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan mərmilərin ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.