Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Fevral , 2021 21:35
Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Qazax rayonunda baş vermiş yol qəzasında xəsarət alanların adları məlum olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, rayonun Daş Salahlı kəndində "Mercedes" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 23 yaşlı Rəşad Qurbanov və 22 yaşlı Gülbəniz Rəsulova xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

13:42

Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun Qazax rayonunun Daş Salahlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi