Qazaxda iki avtomobil qəzası baş verib, yaralananlar var

Qazaxda iki avtomobil qəzası baş verib, yaralananlar var Qazax. 26 avqust. REPORT.AZ/ Qazax rayonunda xəsarətlə nəticələnən 2 avtomobil qəzası baş verib.
Hadisə
26 Avqust , 2018 21:12
Qazaxda iki avtomobil qəzası baş verib, yaralananlar var

Qazax. 26 avqust. REPORT.AZ/ Qazax rayonunda xəsarətlə nəticələnən 2 avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, ilk hadisə Kosalar kəndi yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində bir sərnişin xəsarət alıb.

Digər hadisə isə Qazax Şəhər Avtovağzalının qarşısında baş verib. Burada da 2 avtomobil toqquşub və 1965-ci il təvəllüdlü İlham Abdullayev xəsarət alıb. Hər iki qəza zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisələrlə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi