Qazaxda fərdi yaşayış evi yanıb - FOTO - VİDEO
Hadisə
- 20 fevral, 2016
- 11:13
Bakı. 20 fevral. REPORT.AZ/ Qazax rayonunda fərdi yaşayış evində yanğın baş verib. "Report"un məlumatına görə, qəfil alışan ev qonşunun mənzilinə də ziyan vurub. Hadisə bu gün səhər saatlarında rayon sakini, 57 yaşlı Rafət Yaqubova məxsus mənzildə baş verib. Dərhal hadisə yerinə yanğınsöndürənlər çağrılıb.
Yanğın zamanı ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 3 otaq və aynabəndən ibarət ev yanaraq külə dönüb. Alov genişlənərək Amil İbrahimova məxsus ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli 5 otaqlı evə keçib. Yanğı zamanı R.Yaqubova məxsus fərdi yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb, A.İbrahimova məxsus evin isə eyvanı yanıb.
Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Qazaxda fərdi yaşayış evi yanıb - FOTO - VİDEO
Son xəbərlər
03:19
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr02:59
ABŞ-nin energetika naziri neft sazişi danışıqları üçün Venesuelaya gedəcək
Digər ölkələr02:40
Goranboyda yanğın baş verib
Hadisə02:22
Bu gün Yasamal və Nərimanov rayonlarının bir sıra ərazilərində işıq olmayacaq
Energetika01:58
ABŞ İranın cənub-qərbindəki Əhvaz bölgəsinə zərbə endirib
Region01:31
Zelenski: Ukrayna Rusiyanın hava məkanının bloklanması kampaniyasına başlayır
Digər ölkələr01:01
Rusiya Prezidenti regionda sülhün Ermənistan üçün müsbət cəhətlərindən danışıb
Region00:50
Putin: Rusiya hərbçiləri hətta sabah Ermənistanı tərk etməyə hazırdır
Region00:43