Qazaxda bir ailənin 4 üzvü qidadan zəhərlənib

Qazaxda bir ailənin 4 üzvü qidadan zəhərlənib Faktla bağlı araşdırma aparılır
Hadisə
206
9 Aprel , 2021 19:35
Qazaxda bir ailənin 4 üzvü qidadan zəhərlənib
0 : 00
0 : 00

Qazax rayonunda 4 nəfər qidadan zəhərlənib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Belə ki, bir ailənin 4 üzvü - 1958-ci il təvəllüdlü Məqsanə Mustafayeva, 1986-cı il təvəllüdlü Bahar Mustafayeva, 2009-cu il təvəllüdlü Rəfiqə İlyasova və onun bacısı 2011-ci il təvəllüdlü Cəmilə İlyasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlar pomidordan zəhərləndiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi