Qazaxda bir ailə zəhərlənib

Qazaxda bir ailə zəhərlənib Qazax rayonunda bir neçə nəfər naməlum şəraitdə zəhərlənib.
Hadisə
21 Mart , 2022 06:53
Qazaxda bir ailə zəhərlənib

Qazax rayonunda bir neçə nəfər dəm qazından zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şərti olaraq "SU-15" adlanan ərazidə yerləşən evlərin birində qeydə alınıb. Həmin ərazidə yaşayan ailə ata, ana və övladları - Mahmudov Tural Həsən oğlu (1985-ci il təvəllüdlü), Mahmudova Lamiyə İlqar qızı (1995), Mahmudzadə Yağmur Tural qızı (2012), Mahmudzadə Sahil Tural oğlu (2015) zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya aparılıblar. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi