Qazaxda avtomobil ustası təmir zamanı ağır xəsarət alıb

Hadisə
  • 05 aprel, 2017
  • 13:05
Qazaxda avtomobil ustası təmir zamanı ağır xəsarət alıb

Qazax. 5 aprel. REPORT.AZ/ Qazax rayonunda avtomobil ustasının başına dəmir düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Avtomobil ustası işləyən kənd sakini, 1955-ci il təvəllüdlü Namazov Nəriman Ələs oğlu avtomobil düzəldən zaman başına dəmir düşməsi nəticəsində ağır xəsarət alıb. 

Yaralı iş yoldaşları tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Əməliyyat edilən yaralının vəziyyəti hazırda orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə