Qazaxda avtomobil qəzası olub, yaralılar var - YENİLƏNİB

Hadisə
  • 24 may, 2018
  • 04:49
Qazaxda avtomobil qəzası olub, yaralılar var - YENİLƏNİB

Qazax. 24 may. REPORT.AZ/ Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı Qazax rayon sakinləri - 1964-cü il təvəllüdlü Gülzada Eldar qızı İsmayılova, 1997-ci il təvəllüdlü Asəf Eyvaz oğlu Əliyev və  1967 -cil ul təvəllüdlü Aləmzər İmran qızı Hüseynəliyeva ağır bədən xəsarətləri alıb. 

***8:19

Qazax. 24 may. REPORT.AZ/ Qazax rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Ürkməzli yolunda qeydə alınıb.

İlkin məlumata görə, " VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hazırda onların kimlikləri müəyyənləşdirilir

Faktla bağlı araşdırma aparılır.