Qazaxda avtomobil qəzası nəticəsində sürücü xəsarət alıb

Hadisə
  • 06 sentyabr, 2017
  • 19:04
Qazaxda avtomobil qəzası nəticəsində sürücü xəsarət alıb
Foto: Report.az

Qazax. 6 sentyabr. REPORT.AZ/ Qazax şəhərində avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qazax şəhərində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxaraq maneə çırpılan avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda yol polisi əməkdaşları tərəfindən araşdırma aparılır.

44 filmi