Qazaxda yol qəzası baş verdi, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 13 aprel, 2020
  • 17:11
Qazaxda yol qəzası baş verdi, xəsarət alanlar var - YENİLƏNİB

Qazax rayonunda xəsarətlə nəticələnən ağır avtomobil qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kosalar kəndində qeydə alınıb. 

İki avtomobilin toqquşması nəticəsində 6 nəfər - 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Şahməmmədoğlu, 2001-ci il təvəllüdlü Pənahov Araz Cəmil oğlu, 1994-cü il təvəllüdlü Mustafayev İlkin Mustafa oğlu, 1994-cü il təvəllüdlü Rəfizadə İslam Bəhram oğlu, 1990-cı il təvəllüdlü Xasayev Elnur Nofəl oğlu və 1990-cı il təvəllüdlü Abdullayev Kamil İbrahim oğlu xəsarət alıblar. 

Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***21:00

Qazax rayonunda xəsarətlə nəticələnən ağır avtomobil qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kosalar kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.