Qazaxda avtomobil qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 28 may, 2019
  • 16:29
Qazaxda avtomobil qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB
Foto: Report.az

Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar:

Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Əliyev,

Qazax rayon sakini, 1965--ci il təvəllüdlü Hüseyn Qurban oğlu Əliyev,

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Daşqın Əhməd oğlu Cəbrayılov,

Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Etibar Əlizamin oğlu Quliyev.


*** 19:13

Qazaxda avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb. 

"VAZ-2107" markalı avtomobilin "Mercedes" markalı maşınla toqquşması nəticəsində "VAZ" markalı avtomobil aşıb. Qəzada xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.