Qazaxda avtomobil piyadanı vurub

Qazaxda avtomobil piyadanı vurub Qazaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 Yanvar , 2020 00:01
Qazaxda avtomobil piyadanı vurub

Qazaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazaxın Birinci Şıxlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Firudin Əbdülkərimovu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi