Qazaxda avtomobil piyadanı vurub

Qazaxda avtomobil piyadanı vurub Qazax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
10 Oktyabr , 2021 21:22
Qazaxda avtomobil piyadanı vurub

Qazax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən şadlıq saraylarından birinin qarşısında baş verib.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1986-cı il təvəllüdlü Nemət Əzizovu vurub. Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi