Qazaxda avtomobil körpüdən aşıb, xəsarət alan var

Qazaxda avtomobil körpüdən aşıb, xəsarət alan var Qazax rayonunda baş verən avtomobil qəzası nəticəsində 1 nəfər xəsarət alıb.
Hadisə
15 May , 2020 22:11
Qazaxda avtomobil körpüdən aşıb, xəsarət alan var

Qazax rayonunda baş verən avtomobil qəzası nəticəsində 1 nəfər xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Fərəhli kənd ərazisində hərəkətdə olan "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü Nəriman Məmmədov müxtəlif bədən xəsarətləri alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. N.Məmmədovun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi