Qaxda yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB
- 01 dekabr, 2023
- 09:53
Qaxda minik və yük avtomobillərinin toqquşması zamanı xəsarət alanların adları məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhərinin giriş hissəsində baş verən qəzada "Moskviç" markalı avtomobilin sürücüsü, rayonun Qapıçay kənd sakini, 2003-cü il təvəllüdlü Paşa Yaşar oğlu Şuşanidze və həmkəndlisi, 1986-cı il təvəllüdlü Şamil Paşa oğlu Şuşanidze xəsarət alıblar.
Xatırladaq ki, sözügedən ərazidə Oğuz rayon sakini 1976-cı il təvəllüdlü Rizvan Eyyub oğlu Xəlilovun idarə etdiyi "Ford" və Zaqatala rayon sakini 2000-ci il təvəllüdlü Elbəy Üzeyir oğlu İsmayılovun idarə etdiyi "Hyundai" markalı yük avtomobilləri ilə Qax rayon Qapıçay kənd sakini 2003-cü il təvəllüdlü Paşa Yaşar oğlu Şuşanidzenin idarə etdiyi "Moskviç" markalı avtomobil toqquşub. Qəzadan sonra "Moskviç" yoldan çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.
12:55
Qax rayonunda minik və yük avtomobilləri toqquşub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhərinin giriş hissəsində qeydə alınıb.
Belə ki, "Ford" və "Hyundai" markalı yük avtomobilləri ilə "Moskviç" markalı avtomobil toqquşub. Qəzadan sonra "Moskviç" yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin hadisə yerinə çağırılmış Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində "Moskviç" in sürucüsü də ağır xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.