Qaxda mikroavtobus yük avtomobili ilə toqquşub, ölən və xəsarət alan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Qaxda mikroavtobus yük avtomobili ilə toqquşub, ölən və xəsarət alan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
9 Mart , 2019 01:25
Qaxda mikroavtobus yük avtomobili ilə toqquşub, ölən və xəsarət alan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub


***00:03

Qax. 9 mart. REPORT.AZ/ Qaxda mikroavtobus yük avtomobili ilə toqquşub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 84-cü kilometrliyində, yolun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib. 

Balakəndən Bakı istiqamətində hərəkətdə olan Balakən rayonu Talalar kənd sakini, 1977-ci il təvəllüdlü Səməd İslam oğlu Qurbanovun idarə etdiyi 99-EB-033 dovlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili ilə Yevlaxdan Balakən istiqamətində hərəkətdə olan 34-BD-566 dövlət qeydiyyat nişanlı "QAZel" markalı mikroavtobus toqquşub.

Nəticədə "QAZel" də olan 1 nəfər - Xaçmaz rayon sakini, 1985-ci il təvəllüdlü Məcid Elmar oğlu Məhərrəmov ölüb. Hadisə zamanı daha 1 nəfər - Balakən sakini, 1992-ci il təvəllüdlü Nail Kamil oğlu Xanullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır.

Daha əvvəl Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi