Qaxda xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur - FOTO
Hadisə
- 02 avqust, 2016
- 14:23
Qax. 2 avqust. REPORT.AZ/ Qaxda xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur.
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, rayonun Fısdıqlı kəndində ümumilikdə 50-yə yaxın xırdabuynuzlu heyvan məhv olub. Xırdabuynuzlu heyvanların kütləvi şəkildə tələf olması halı əsasən üç təsərrüfatda qeydə alınıb.
Qax rayon Baytarlıq İdarəsinin rəisi Şövkət Babayev "Report"a bildirib ki, onlar məsələdən xəbərdardırlar: "Kənd sakinlərinin şikayəti əsasında hadisə yerində olmuşuq və leşlərdən analiz götürərək respublika baytarlıq laboratoriyasına göndərmişik. Analizin cavabları yaxın günlərdə heyvanların kütləvi tələfatının səbəblərini ortaya çıxaracaq. Ümumiyyətlə, indiyədək rayon ərazisində 50 mindən çox heyvana vaksin vurulub".
Son xəbərlər
15:39
"Xatəm əl-Ənbiya": ABŞ region ölkələrinin dəstəyi ilə İrana hücum edə bilər
Region15:24
Foto
Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib
Daxili siyasət15:23
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib
Hərbi15:18
"Tottenhem" doğma meydanda məğlubiyyətlərin sayına görə "Arsenal"a çatıb
Futbol15:15
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Daxili siyasət15:11
Arxangelsk vilayətində yol qəzasında ölənlərin sayı 14-ə çatıb
Region14:50
Ağdamda quyudan kişi meyiti tapılıb
Hadisə14:45
Foto
55 gün erməni əsirliyində olan Xocavənd sakini: Dövlət Himninin səsinə oyandım
Daxili siyasət14:32