Qaxda su sexində yanğın baş verib - FOTO

Qaxda su sexində yanğın baş verib - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Dekabr , 2016 11:59
Qaxda su sexində yanğın baş verib - FOTO

Qax. 14 dekabr. REPORT.AZ / Qax rayonunda mineral su istehsal edən sexdə yanğın baş verib.

"Report"un Şimal-Qərb bürosunun verdiyi məlumata görə, Cəlal Kamil oğlu Bayramova məxsus "Qax Su" mineral su istehsalı müəssisəsində səhər saatlarında yanğın qeydə alınıb.

Hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb və genişlənərək su istehsalı müəssisəsinə keçməsinin qarşısı alınıb. Lakin müəssisənin ərazisində ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 90 kvadratmetrlik tikilinin tavan hissəsində taxta və lambir hissəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi