Qaxda saunada yanğın baş verib - VİDEO - YENİLƏNİB

Qaxda saunada yanğın baş verib - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
12 Fevral , 2019 00:08
Qaxda saunada yanğın baş verib - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


***19:39

Qax. 11 fevral. REPORT.AZ/ Qax rayonunda sauna yanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın axşam saatlarında rayonun Qum kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Fərid İbrahim oğlu Həşimova məxsus, ümumi sahəsi 130 kv.metrlik saunanın 25 kv.metr tavan hissəsi yanıb.

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Qax rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Saunanın ətrafında olan tikililər yanğından mühafizə olunub. Yanğının saunada olan odun sobasından baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi