Qaxda məskunlaşmış laçınlı məcburi köçkünü ilan sancıb

Qaxda məskunlaşmış laçınlı məcburi köçkünü ilan sancıb Qax sakinini ilan sancıb
Hadisə
20 May , 2019 12:54
Qaxda məskunlaşmış laçınlı məcburi köçkünü ilan sancıb

Qax rayonunda məskunlaşmış laçınlı məcburi köçkünü ilan sancıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qıpçaq kəndində baş verib. 

Laçın rayonu Oğuldərə kənd sakini, 1987-ci il təvəllüdlü Şahmərdan Eldar oğlu Ağalarov Qıpçaq kəndi ərazisində qoyun otaran zaman ilan onun sol ayağının topuq nahiyəsindən sancıb.

Yaxınları tərəfindən ağır vəziyyətdə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Ş,Ağalarova ilkin tibbi yardım göstərilib,ilan zəhəri əleyhinə zərdab vurulub.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilən xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi