Qaxda güclü külək və yağış fəsadlar törədib - FOTO
Hadisə
- 18 iyun, 2018
- 08:26
Qax. 18 iyun. REPORT.AZ/ Qax rayonunda ötən gün axşam saatlarından əsən güclü və onunla müşaiyət olunan yağış fəsadlar törədib.
"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, rayonun Qıpçaq kəndində bir neçə tikilinin dam örtüyü uçub, iri gövdəli ağaclar avtomobil yollarına aşıb.
Bundan başqa, taxıl sahələrinə də ziyan dəyib.
Qax Rayon İcra Hakimiyyətinin Qıpçaq kəndi üzrə icra nümayəndəsi Şahin Xurşudov "Report"a bildirib ki, ərazidən nümayəndəliyə 5 müraciət daxil olub və tədbirlər görülüb: “Gecə saatlarından etibarən yollara aşmış ağaclar kəsilərək ərazi təmizlənib. Külək nəticəsində kəndin elektrik enerjisi ilə təchizatına da ziyan dəyib, işıq sönüb. Hazırda qəza baş verən yerlərdə bərpa işləri görülür”.
Son xəbərlər
08:00
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Daxili siyasət07:45
ABŞ İranın İsfahan şəhərindəki sursat anbarına zərbə endirib
Region07:11
ABŞ-də benzinin qiyməti son dörd ildə ilk dəfə 4 dolları keçib
Digər ölkələr06:47
Yaponiya mübahisəli suların yaxınlığında Çin gəmisi aşkar edib
Digər ölkələr06:23
"AP": Fars körfəzi ölkələri ABŞ-ı İranla müharibəni davam etdirməyə çağırıb
Digər ölkələr05:51
ABŞ-də hava limanına Donald Trampın adı veriləcək
Maraqlı05:14
İran Dubay limanında tankeri vurub
Digər ölkələr04:46
Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq
Region04:11