Qaxda fərdi yaşayış evi yanıb - VİDEO

Qaxda fərdi yaşayış evi yanıb - VİDEO Video əlavə olunub
Hadisə
4 Sentyabr , 2019 21:10
Qaxda fərdi yaşayış evi yanıb - VİDEO

Video əlavə olunub


***19:58

Qax rayonunda fərdi yaşayış evində yanğın olub. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Tasmalı kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini Səfərəli Camalova məxsus ümumi sahəsi 165 kvadratmetr olan yaşayış evində yanğın baş verib. Hadisə yerinə Qax və Zaqatala rayonlarının yanğından mühafizə hissələrinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. 

Yanğın nəticəsində ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Evə bitişik yarımtikili və həyətdə olan tövlə isə yanğından mühafizə olunub. Yanğın zamanı evdə heç kim olmayıb.

Yanğın söndürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi