Qaxda göbələkdən zəhərlənərək ölən uşaqların sayı 2-yə çatıb - YENİLƏNİB

Qaxda göbələkdən zəhərlənərək ölən uşaqların sayı 2-yə çatıb - YENİLƏNİB Qax rayonunda zəhərlənmə hadisəsi baç verib.
Hadisə
589
20 Oktyabr , 2021 09:35
Qaxda göbələkdən zəhərlənərək ölən uşaqların sayı 2-yə çatıb - YENİLƏNİB
0 : 00
0 : 00

Qaxda göbələkdən zəhərlənən 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, o, Bakıda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 

19.10.2021, 23.14

Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.

Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi