Qaxda avtomobil ağaca çırpılıb, sürücü yanıb - YENİLƏNİB - VİDEO

Qaxda avtomobil ağaca çırpılıb, sürücü yanıb - YENİLƏNİB - VİDEO Avtomobil tamamilə yanaraq yararsız hala düşüb
Hadisə
25 Yanvar , 2016 15:56
Qaxda avtomobil ağaca çırpılıb, sürücü yanıb - YENİLƏNİB - VİDEO

Bakı. 25 yanvar. REPORT.AZ/ Qax rayonunda avtomobil qəzası zamanı yanıq xəsarətləri alan sürücünün vəziyyəti kafidir. Bu barədə "Report"a Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) həkimi Vəli İsaqov bildirib. Həkim qeyd edib ki, sürücü, 1992-ci il təvəllüdlü İbrahim Xəlilov üz nahiyəsinin 1-2-ci dərəcəli, hər iki pəncəsinin 2-3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

*** 13:44

Qax rayonunda ağaca çırpılan avtomobil yanıb, sürücü yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonu Qarabaldır kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki rayonunun Şəki kənd sakini 24 yaşlı  İbrahim Yasin oğlu Xəlilov idarə etdiyi 33-BE-715 dövlət nömrə nişanlı, "VAZ-21015" markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Zərbənin gücündən avtomobildə yanğın baş verib. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı sürücü avtomobildə tək olub və o, bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. Avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Yanıq xəsarətləri alan sürücü isə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı Qax YMH-də və Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi