Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb

Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb Qax. 17 oktyabr. REPORT.AZ/ Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.
Hadisə
17 Oktyabr , 2018 15:49
Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb
Report

Qax. 17 oktyabr. REPORT.AZ/ Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib. 

Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.

O, qoz yığan zaman ehtiyatsızlıqdan hündür ağacdan yıxılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi